Hesabat-Seçki Konfransı keçiriləcək

Dekabrın 27-si saat 15:00-da AAAF Park Yaşayış Kompleksinin konfrans zalında Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) Hesabat-Seçki Konfransı keçiriləcəkdir.
Təşkilat Komitəsi şəhər və rayon idman cəmiyyətləri, idman klubları, idman məktəbləri və AAAF-ın bütün üzvlərinin nəzərinə çatdırır ki, Azərbaycan Ağır Atletika Federasiyasinin nizamnaməsinin 5-ci maddəsinə uyğun olaraq 4 illik (2013-2016) Olimpiya dövrü başa çatdığına görə, İcraiyyə Komitəsi tərəfindən Hesabat-Seçki Konfransının keçirilməsi haqqında qərar qəbul olunmuşdur.
İdman təşkilatları Konfransda iştirak üçün müvafiq sənədləri təqdim etməlidirlər:
– Nümayəndənin möhürlə təsdiq olunmuş anketi;
– İclasin protokolundan çıxarış;
– 1 ədəd fotoşəkil (3×4 )ölçüdə

Paylaş
Şərh yaz