Bu gün tanınmış ağır atletika mütəxəssisi Məmməd Üseynovun 81 yaşı tamam olur.
Məmməd Mir Bağır oğlu Üseynov 6 yanvar 1936-cı ildə Bakı şəhərində anadan olub. 1960-cı ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu bitirmişdir. Ömrünün 50 ildən çoxunu ağır atletikaya və ümumilikdə Azərbaycan idmanına həsr etmiş veteran illər boyu yığmamıza rəhbərlik etmişdir. O, həm də beynəlxalq və ümumittifaq kateqoriyaları üzrə ilk Azərbaycan hakimlərindən biridir. 2014-cü ildə Azərbaycan Respublikasında idmanın inkişafında xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb.
Azərbaycan Ağır Atletika Federasiyası olaraq ad günün münasibətlə Məmməd müəllimi təbrik edir, uzun ömür, can sağlığı, həmişə olduğu kimi enerjili, çalışqan, fəal qalmasını arzulayırıq.
Məmməd Üseynov…
• AAAF-ın veteranlar şurasının üzvüdür
• 2016-cı ilin ən fəal idman veteranı adına layiq görülüb
• Ağır atletika idman növü üzrə SSRİ idman ustasıdır (1963)
• Ümumittifaq dərəcəli hakimdir (1965)
• Beynəlxalq dərəcəli hakimdir (1983).
• Azərbaycanın əməkdar məşqçisidir (1990)
• Əməkdar bədən tərbiyəsi və idman xadimidir (2006)
• Gənclər və İdman Nazirliyi tərəfindən ilin yekunlarına görə ilin ən fəal veteran idmançısı adına layiq görülrmüşdür (2009).
• 2001-ci ildə Azərbaycan milli yığma komandasının baş məşqçisi, 2001-2010-cu illərdə məşqçi vəzifəsində çalışmışdır.
• Milli Olimpiya Komitəsinin üzvü olub (2001-2009).
• Bir çox illər ərzində Azərbaycan Ağır Atletika Federasiyası Prezidentinin ümumi məsələlər üzrə köməkçisi vəzifəsində çalışıb, Federasiyanın İcraiyyə Komitəsinin üzvü olub.
• Dünya və Avropa çempionatında hakimlik etmişdir (1983). M.Üseynov Azərbaycan çempionu (1960), dəfələrlə “Vodnik” idman cəmiyyətinin mərkəzi Şurasının çempionu və rekordçusu (1960-1970), beynəlxalq yarışların ikiqat iştirakçısı (İran 1957-1965), 1982, 1983, 1990-cı illərdə ümumittifaq hakimlərinin 10 ən yaxşı hakimlərinin siyahısına daxil olmuş və ümumittifaq hakimlər kollegiyasının üzvüdür. Onun rəhbərliyi altında 17 nəfər SSRİ idman ustası normasını yerinə yetirmişdir.