26 yanvar – 01 fevral tarixlərində Azərbaycanın bütün bölgələrini əhatə edən ağır atletika üzrə Respublika yarışlarının 1-ci seçmə mərhələsi yarışları keçiriləcək. Məqsəd regionlarda atletlərin hazırlıq durumlarının yoxlanılması, ehtiyat qüvvənin nəzərdən keçirilməsi, güclü idmançıların seçilməsi, ağır atletika idman növünün şəhər, rayon, qəsəbə və kəndlərdə təbliği və inkişafı, idmançılar və məşqçılər arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi, idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsidir.
Yarışlar Xırdalan, Lənkəran və Samux şəhərlərində keçiriləcək. Xırdalanda yanvarın 26-27-də Sumqayıt, Xırdalan, Qobustan, Şamaxı, İsmayıllı və Bakıdan (bütün idman cəmiyyətləri) olan atletlər mübarizəyə qoşulacaqlar. 29-30 yanvar tarixlərində Lənkəranda Cəlilabad, Neftçala, Lənkəran, Lerik və Astaranı, fevralın 1-2-də Samuxda Goranboy, Gəncə, Samux, Qazax, Şəki və Qaxı təmsil edən atletlər körpücük üzərinə çıxacaqlar.
Yarış şəxsi xarakter daşıyır və iştiraka yalnız texniki cəhətdən hazırlıqlı, yaşı ən azı 10 olan idmançılar buraxılacaqlar. Zona turnirində 2007, 2006, 2005, 2004, 2003, 2002, 2001, 2000, 1999-cü il və daha böyük təvəllüdlü kişilər və qadınlar, müvafiq yaş qruplarında mübarizə aparacaqlar, qaliblər Sinkleyr cədvəli üzrə müəyyən ediləcəkdir.
Seçmə mərhələ yarışlarına qatılacaq idmançıların ilkin yanaşma tələbləri:
№ | Çəki dərəcələri/kq/ | 16 yaş /kq/ | 15 yaş /kq/ | 14 yaş /kq/ | 13 yaş /kq/ | 12 yaşadək /kq/ |
1 | 26 | 65 | 55 | 45 | 35 | 30 |
2 | 30 | 70 | 60 | 50 | 40 | 35 |
3 | 34 | 75 | 65 | 55 | 45 | 40 |
4 | 38 | 80 | 70 | 60 | 50 | 45 |
5 | 42 | 85 | 75 | 65 | 55 | 50 |
6 | 46 | 90 | 80 | 70 | 60 | 55 |
7 | 50 | 95 | 85 | 75 | 70 | 60 |
8 | 56 | 105 | 90 | 80 | 75 | 65 |
9 | 62 | 115 | 100 | 85 | 80 | 70 |
10 | 69 | 130 | 110 | 90 | 85 | 75 |
11 | +69 | 145 | 125 | 105 | 95 | 85 |
* 17 yaşlı idmançılar üçün ilkin yanaşma – III dərəcə
* 18 yaş və daha böyüklər üçün ilkin yanaşma – II dərəcə
Seçmə mərhələ yarışları təqvim planına əsasən 3 zona üzrə ildə 4 dəfə keçiriləcəkdir.
Yarışların vaxt cədvəli ilə aşağıdakı cədvəllərdə tanış ola bilərsiniz:
Abşeron. 26-27 yanvar.
Qrup | Yarış |
26 yanvar | |
Qadınlar | 11:00 |
2007-06-05-ci illər | 13:00 |
2004-cü illər və “Zirvə” Liseyi | 15:00 |
2003-cü illər | 17:00 |
2002-ci illər | |
27 yanvar | |
2001-ci illər | 11:00 |
2000-ci illər | 13:00 |
1999-cu illər və yuxarı. B qrupu | 14:30 |
1999-cu illər və yuxarı. A qrupu | 16:30 |
Lənkəran. 29-30 yanvar.
Qrup | Yarış |
29 yanvar | |
Qadınlar və 2007-ci il oğlanlar | 11:00 |
2006-cı illər | 12:30 |
2005-ci illər | 14:00 |
2004-cü illər | 16:30 |
2003-cü illər | 19:30 |
30 yanvar | |
2002-ci illər | 11:00 |
2001-ci illər | 13:30 |
2000-ci illər | 15:30 |
1999-cu illər və yuxarı. | 16:30 |
Samux. 1-2 fevral
Qrup | Yarış |
1 fevral (Gəncə, Şəki, Qax, Yevlax) | |
Qadınlar və 2007-06-cı il oğlanlar | 11:00 |
2005 və 2004-cü illər | 13:00 |
2003 və 2002-ci illər | 15:00 |
2001 və 2000-ci illər | 17:00 |
1999-cu illər və yuxarı. | 19:00 |
2 fevral (Goranboy, Samux, Qazax) | |
Qadınlar və 2007-06-cı il oğlanlar | 11:00 |
2005 və 2004-cü illər | 13:00 |
2003 və 2002-ci illər | 15:00 |
2001 və 2000-ci illər | 17:00 |
1999-cu illər və yuxarı. | 19:00 |