Fevralın 17-19-da Şimal DRES qəsəbəsindəki Ağır Atletika Akademiyasında keçiriləcək 15 və 17 yaşadək (2000-2001-ci il təv. və 2002-2004-cü il təv.) yeniyetmə oğlan və qızlar arasında Azərbaycan birinciliyi start götürüb. Yarışda ölkənin bütün şəhər və rayonlarından idman cəmiyyətləri, klubları, mərkəzləri, UGİM-lərini təmsil edən 150-yə yaxın gənc atlet iştirak edirlər.
Yeniyetmə oğlanların mübarizəsi yaşı 15-ə qədər olan atletlərin 50 kq çəki dərəcəsinin B qrupunda başlayıb. Toplam 114 kq (51+63) nəticə götərən Məmmədli Ədalət rəqiblərini üstələyib. Sonrakı pillələrdə 112 kq (50+62) nəticə ilə İskəndərov Məhəmməd və 110 kq (45+65) nəticə ilə Nurlan Məmmədzadə qərarlaşıb.
B qrupunda yarışan atletlərin ümumi sıralamada neçənci yeri tutacağı A qrupunda yarışlar bitəndən sonra bilinəcək.
N | Adı | İl | Şəhər | Klub | Çəki | Birdən | Təkanla | Toplam |
1. | Məmmədli Ədalət | 2004 | İsmayıllı | Zirvə | 45.20 | 51 | 63 | 114 |
2. | İskəndərov Məhəmmədəli | 2003 | Bakı | Təhsil | 44.30 | 50 | 62 | 112 |
3. | Məmmədzadə Nurlan | 2004 | Qazax | Zirvə | 43.50 | 45 | 65 | 110 |
4. | Əlizadə Kənan | 2003 | Bakı | Təhsil | 48.70 | 50 | 60 | 110 |
5. | Nəbiyev Kamil | 2003 | Bakı | Spartak | 44.20 | 46 | 62 | 108 |
6. | Məmmədzadə Əli | 2002 | Lənkəran | UGİM | 41.50 | 45 | 58 | 103 |
7. | Muradov Fərdi | 2003 | Bakı | Təhsil | 37.30 | 39 | 54 | 93 |
8. | Həsənov İlşad | 2003 | Neftçala | Zirvə | 47.60 | 40 | 53 | 93 |
9. | Məmmədov Rövşən | 2003 | Neftçala | Zirvə | 39.60 | 38 | 45 | 83 |
10. | Məmmədov Renat | 2003 | Qazax | GİN | 41.50 | 37 | 43 | 80 |
11. | Məmmədov Fərid | 2003 | Qazax | Zirvə | 34.20 | 30 | 45 | 75 |
12. | Nəbiyev Ravil | 2004 | Bakı | Spartak | 37.30 | 28 | 40 | 68 |