Fevralın 17-19-da Şimal DRES qəsəbəsindəki Ağır Atletika Akademiyasında keçiriləcək 15 və 17 yaşadək (2000-2001-ci il təv. və 2002-2004-cü il təv.) yeniyetmə oğlan və qızlar arasında Azərbaycan birinciliyi davam edir. Yarışda ölkənin bütün şəhər və rayonlarından idman cəmiyyətləri, klubları, mərkəzləri, UGİM-lərini təmsil edən 150-yə yaxın gənc atlet iştirak edirlər.
Yarışların ikinci günündə körpücük üzərinə yaşı 17-yə qədər olan yeniyetmə oğlanlar 56 kq çəki dərəcəsinin A qrupunda mübarizə aparmaq üçün çıxıblar. Burada lerikli atlet İsmayıl Məmmədov toplam 209 kq (94+115) nəticə göstərib və qızıl medala sahib çıxıb.
Gümüş medalı toplam 182 kq (81+101) nəticə ilə Kamran Usubov, bürünc medalı isə 165 kq (75+90) nəticə ilə Əli Zeynalov əldə edib.
56 kq. Oğlanlar. A qrupu. 17 yaş.
N | Adı | İl | Şəhər | Klub | Çəki | Birdən | Təkanla | Toplam |
1. | Məmmədov İsmayıl | 2000 | Lerik | Zirvə | 56.00 | 94 | 115 | 209 |
2. | Usubov Kamran | 2001 | Neftçala | Zirvə | 55.90 | 81 | 101 | 182 |
3. | Zeynalov Əli | 2000 | Goranboy | Təhsil | 53.70 | 75 | 90 | 165 |
4. | Qocayev Yaqub | 2001 | Qazax | GİN | 55.20 | 75 | 89 | 164 |
5. | Cabbarov Elgün | 2000 | Qazax | GİN | 54.30 | 65 | 80 | 145 |
6. | Əkbərov Əli | 2000 | Lənkəran | Zirvə | 53.60 | 67 | 77 | 144 |
7. | Əliyev Fəyyaz | 2000 | Goranboy | Təhsil | 55.70 | 60 | 77 | 137 |
8. | Məmmədzadə Afərin | 2001 | Lənkəran | Təhsil | 53.10 | 63 | 70 | 133 |
9. | Qadaşov Qurban | 2001 | Qax | GİN | 55.90 | 55 | 60 | 115 |
10. | Həsənov Tarif | 2001 | Neftçala | Zirvə | 53.50 | 50 | 63 | 113 |