Xəlil Gəraylı Fəcr Kubokunda çıxış etdi

İranın Əhvaz şəhərində keçirilən ağır atletika üzrə 2-ci Beynəlxalq Fəcr Kuboku davam edir. Bu mötəbər turnirdə Azərbaycan ağır atletika yığmasının üzvləri də iştirak edirlər. Bu gün Xəlil Gəraylı 105 kq çəki dərəcəsində körpücük üzərinə çıxıb.
Xəlil birdən qaldırma hərəkətində 131 kq, təkanla qaldırmada isə 157 kq-ı ram edib.
Toplam 288 kq (131+157) nəticə göstərən atletimiz yekun sıralamada 5-ci yerə çıxıb.
Fəcr Kubokunda Azərbaycan yığmasının aktivində 3 böyük (hər üçü bürünc), həmçinin ayrı-ayrı hərəkətlərdə daha 4 kiçik (birdən qaldırmada 1 qızıl, 1 gümüş və 1 bürünc, təkanla qaldırmada 1 bürünc) medal var.

Paylaş
Şərh yaz