İranın Əhvaz şəhərində keçirilən ağır atletika üzrə 2-ci Beynəlxalq Fəcr Kuboku başa çatıb. Mötəbər turnirdə Azərbaycan ağır atletika yığmasının üzvləri də iştirak ediblər. Onlardan körpücük üzərinə son olaraq Asxab Kolayev çıxıb. O, +105 kq çəki dərəcəsində mübarizə aparıb.
Atletimiz birdən qaldırma hərəkətində 138 kq, təkanla qaldırmada isə 157 kq-ı ram edib.
Toplam 295 kq (138+157) nəticə ilə yekun sıralamada 6-cı yeri tutub.
Azərbaycan yığması 2-ci Beynəlxalq Fəcr Kubokundan aktivində 3 böyük (hər üçü bürünc), həmçinin ayrı-ayrı hərəkətlərdə daha 4 kiçik (birdən qaldırmada 1 qızıl, 1 gümüş və 1 bürünc, təkanla qaldırmada 1 bürünc) medalla qayıdır.
Millimiz 465 xalla həm komanda, həm də toplam 7 medalla medal hesabında bu turnirdə 4-cü yeri tutub.
Qalib və mükafatçılarımızı təbrik edir, qarşıdakı yarışlarda da uğurlar arzulayırıq.