Qadınlardan ibarət yığma komandamız yenidən Astaraya təlim-məşq toplanışına yollanıb

Ağır atletika üzrə qadınlardan ibarət yığma komandamız növbəti dəfə Astara şəhərinə təlim-məşq toplanışına yollanıb. Kollektiv burada məşqçi Təranə Abbasovanın rəhbərliyi altında aprelin 22-nə qədər hazırlıq keçəcək.
Yığmamız Astarada yenicə istifadəyə verilmiş, Azərbaycan Ağır Atletika Federasiyası və “Zirvə” Beynəlxalq İdman Klubunun birgə inşa etdiyi təlim-məşq bazasında ən yaxşı şəraitdə məşqlər edə bilir. Atletlərimizin istifadəsinə 150 nəfərlik yarış və 20 nəfərlik ağır atletika məşq zalı, bütün şəraitlə təmin olunmuş paltardəyişmə otaqları, SPA mərkəzi, həmçinin ən müasir avadanlıqlarla təchiz olunmuş geniş fitness zalı, 50 nəfərlik yeməkxana və digər otaqlar verilib.

Paylaş
Şərh yaz