Səbinə Əzimova Tailandda medal mübarizəsi apardı

Tailandın Banqkok şəhərində keçirilən yeniyetmələr arasında 7-ci dünya birinciliyi davam edir. Yüzə yaxın ölkədən 445 atletin (197 qız və 248 oğlan) iştirak edəcəyi birincilikdə Azərbaycan yığması da medallar uğrunda mübarizə aparır. Bu gün millimizin üzvlərindən daha biri – Səbinə Əzimova körpücük üzərinə çıxıb. O, 53 kq çəki dərəcəsinin əsas qrupunda yarışıb.
Səbinə birdən qaldırma hərəkətində 75 kq-ı üçüncü yanaşmasında ram edib və bu hərəkətdə 8-ci olub.
Əzimova təkanla qaldırma hərəkətində son olaraq 98 kq-ı qaldırıb və bu hərəkətdə 7-ci yeri tutub.
Toplam 173 kq (75+98) nəticə göstərən Səbinə ümumi sıralamada 8-ci pillədə qərarlaşıb. O, bununla ötən il Polşanın Novı Tomısl şəhərində keçirilən yeniyetmələr arasında Avropa birinciliyindəki nəticəsini 21 kq yaxşılaşdırıb.

Birdən qaldırma

Təkanla qaldırma

Paylaş
Şərh yaz