Ümidvar Bayramlı B qrupunda bütün rəqiblərini üstələdi

Tailandın Banqkok şəhərində keçirilən yeniyetmələr arasında 7-ci dünya birinciliyi bitmək üzrədir. Yüzə yaxın ölkədən 445 atletin (197 qız və 248 oğlan) iştirak etdiyi yarışda Azərbaycan yığmasının üzvləri də çıxış edirlər. Son yarış günündə 94 kq çəki dərəcəsinin B qrupunda atletimiz Ümidvar Bayramlı körpücük üzərinə çıxıb.
O, birdən qaldırma hərəkətində 125 kq-ı qaldıraraq bu hərəkətdə 3-cü olub.
Ümidvar təkanla qaldırma hərəkətində 153 kq-ı ram edib və bu hərəkətdə 3-cü olub.
Bayramlı toplam 278 kq (125+153) nəticə ilə B qrupunda 1-ci yeri tutub.
Atletimizin yekun sıralamada tutduqları yer A qrupundakı çıxışlar başa çatandan sonra müəyyənləşəcək.
Ümidvar Bayramlı ötən ilin oktyabrında Malayziyanın Penanq şəhərində keçirilən dünya birinciliyində də çıxış etmişdi. O, Banqkokda daha uğurlu mübarizə apararaq öz nəticəsini xeyli yaxşılaşdırıb. Belə ki, Ümidvar (260 kq) nəticəsini 18 kq yaxşılaşdırıb.

Birdən qaldırma

Təkanla qaldırma

Paylaş
Şərh yaz