Tailandın Banqkok şəhərində keçirilən yeniyetmələr arasında 7-ci dünya birinciliyi başa çatır. Yüzə yaxın ölkədən 445 atletin (197 qız və 248 oğlan) iştirak etdiyi yarışda Azərbaycan yığmasının üzvləri də çıxış ediblər. Millimizdən son olaraq bu gün +94 kq çəki dərəcəsinin B qrupunda atletimiz Həsənbəy Həsənzadə körpücük üzərinə çıxıb.
O, birdən qaldırma hərəkətində 121 kq-ı qaldıraraq bu hərəkətdə 4-cü olub.
Həsənbəy təkanla qaldırma hərəkətində 145 kq-ı ram edib və bu hərəkətdə 8-ci olub.
Həsənzadə toplam 266 kq (121+145) nəticə B qrupunda 6-cı yeri tutub.
Atletimizin yekun sıralamada 17-ci yei tutub.
Birdən qaldırma
Təkanla qaldırma