Ağır atletika yığmamız Xocalı soyqırımı qurbanlarını yad etdi

Bu gün Azərbaycan ağır atletika yığması, məşqçilər və rəhbər heyət Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış “Ana harayı” abidəsini ziyarət edib.
Azərbaycan tarixinin ən qanlı səhifələrindən olan 1992-ci il 26 fevral günündə baş verənlər hər birimizin böyük üzüntü mənbəyidir. Günahsız insanlara qarşı edilən bu vəhşiliklər heç vaxt unudulmayacaq.
Komandamız abidə önünə Azərbaycan Ağır Atletika Federasiyası adından əklil qoyub. Kollektiv üzvlərimizin əllərindəki qərənfillər də şəhid və faciə qurbanlarımızın xatirələrinə ehtiram əlaməti olub.
AAAF, atletlərimiz, bütün nümayəndələrimiz hər bir azərbaycanlı, hər bir vətəndaş kimi baş verənlərə üzülür, xalqımıza dərin hüznlə başsağlığı verir, dünyasını dəyişənlərə Allahdan rəhmət diləyir!

The requested album cannot be loaded at this time. Error: OAuthException Code: 10, (#10) Application does not have permission for this action
Paylaş
Şərh yaz