23-27 fevral tarixlərində Astara AAAF Park Yaşayış Kompleksinin yarış zalında 2003-04-cü il təvəllüdlü oğlan və qızlar arasında XI Respublika Oyunlarının ağır atletika yarışları keçiriləcək. Birincilikdə tabeçiliyindən asılı olmayaraq bütün idman məktəbləri, cəmiyyət və klubların üzvləri çıxış edə biləcəklər. Oyunlarda 200-dən çox yeniyetmə ağır atletin körpcükü üzərinə çıxaraq medal mübarizəsinə qoşulacağı gözlənilir.
Yarış Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə keçirilir.