“İsmayıllı-Zirvə” atleti, yeniyetmeler arasında Avropa birinciliyinin qalibi Məhəmməd Məmmədli birdən qaldırma hərəkətində 110 kq, təkanla qaldırma hərəkətində isə 135 kq çəkinin öhdəsindən gəlib. O, toplam 245 kq (110+135) nəticə göstərərək yekun sıralamada 6-cı yeri tutub.
Eyni çəkidə “Bakı-Təhsil İdman Mərkəzi”nin yetirməsi, Avropa birinciliyinin mükafatçısı Allahyar Abışov da körpücük üzərinə çıxıb. O, birdən qaldırma hərəkətində 118 kq, təkanla qaldırma hərəkətində 144 kq-ı ram edib.
Abışov toplam 262 kq (118+144) nəticə göstərib və bununla fəxri kürsünün ikinci pilləsinə qalxıb.
Gümüş medal qazanması münasibətilə Allahyarı, onun məşqçiləri və qəbələsində əməyi keçən hər kəsi təbrik edir, böyük uğurlar arzulayırıq!