Amin Osmanov çempion oldu

 

 

14-15 sentyabr tarixlərində Şüvəlan qəsəbəsində yerləşən Ağırlıqqaldırma Mərkəzinin yarış zalında keçirilən gənclər arasında Azərbaycan birinciliyi və böyüklər arasında ağırlıqqaldırma üzrə Azərbaycan çempionatına start verilib. Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Azərbaycan Ağırlıqqaldırma Federasiyasının birgə təşkil etdiyi yarışda ölkənin bütün bölgələrindən 100-ə yaxın atlet qüvvəsini sınayacaq.

 

Kişilər arasında körpücük üzərinə ilk olaraq çəkisi 55 kq olan atletlər çıxıblar. Toplam 207 kq (100+107) nəticə ilə “Göyəzən” klubu təmsilçisi Amin Osmanov həm gənclərdə, həm də böyüklərdə qızıl medala sahib çıxıb. Toplam 170 kq (80+90) nəticə ilə Orxan İmanov gümüş, toplam 164 kq (72+92) nəticə ilə Əmrah Osmanov bürünc medal əldə ediblər.

 

Kişilər. 55 kq

 

N Adı İl Şəhər / Rayon Təşkilatı Çəkisi Birdən Təkanla Toplam
1. Amin Osmanov 2006 Qazax Göyəzən AAK, UGİM 55.0 100 107 207
2. Orxan İmanov 2007 Lerik UGİŞM / Təhsil RİM 54.8 80 90 170
3. Əmrah Osmanov 2005 Qazax Göyəzən AAK 55.0 72 92 164
4. Nihat Zairov 2006 Bakı RİOEUGİM-1 / Təhsil RİM 49.3 73 85 158
5. Aysim Əliyev 2007 Goranboy UGİM 53.7 68 88 156
6. Kənan Kərimov 2007 Goranboy UGİM 55.0 70 85 155
7. Rəhman Mərdəliyev 2009 Qazax UGİM 53.1 64 85 149
8. Ülvi İsmayılov 2007 Gəncə UGİŞM-2 / Təhsil RİM 54.8 64 78 142
9. İlkin Xatınov 2008 Qazax UGİM 54.2 63 75 138
10. Nicat Zairov 2006 Bakı RİOEUGİM-1 / Təhsil RİM 49.7 58 72 130
11. Arzuman Abdullazadə 1999 Şəki Dəmir Yumruq İK 53.7 55 70 125
12. Nihad Nuraliyev 2009 Neftçala UGİM 53.8 55

 

 

Paylaş
Şərh yaz