Amin Osmanov qızıl medal qazandı

May ayının 13-15-də Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasında keçirilən 15 və 17 yaşadək yeniyetmə oğlan və qızlar arasında Azərbaycan birinciliyi davam edir. Yarışda ölkənin bütün şəhər və rayonlarından idman cəmiyyətləri, klubları, mərkəzləri, UGİM-lərini təmsil edən 150-yə yaxın gənc atlet iştirak edir. İkinci yarış günündə yaşı 15-ə qədər olan oğlanlarda 61 və 67 kq, yaşı 17-yə qədər oğlanlarda isə 55, 61 və 67 kq çəki dərəcələrində qaliblərin adlarına aydınlıq gələcək.

Yaşı 17-yə qədər olan atletlərdə 55 kq çəki dərəcəsində medalçılar müəyyənləşib. Toplam 178 kq (78+100) nəticə ilə Qazax idmançısı Amin osmanov bütün rəqiblərini üstələyərək qızıl medal əldə edib. Toplam 174 kq nəticə nümayiş etdirən iki atletdən Ramil Kazımov (82+92) gümüş, Dəniz Cabbarlı (78+96) isə bürün medalçı adına layiq görülüb.

Oğlanlar. U-17. 55 kq.

N Adı İl Ölkə/Şəhər Klub Çəkisi Birdən Təkanla Toplam
1. Amin Osmanov 2006 Qazax UGİM 53.2 78 100 178
2. Ramil Kazımov 2006 Neftçala Zirvə 53.8 82 92 174
3. Dəniz Cabbarlı 2006 Lənkəran UGİM 50.4 78 96 174
4. İlkin Mirzəliyev 2005 Bakı Təhsil 54.9 76 85 161
5. Fərman Quluzadə 2005 Goranboy Zirvə 53.3 65 80 145
6. Samir Əliyev 2005 Bakı Təhsil 51.8 53 65 118
7. Rəvan Nəsirov 2006 Neftçala UGİM 52.2 45 45 90
8. Röyal Quliyev 2006 Neftçala Zirvə 53.5 58

 

Paylaş
Şərh yaz