Amin Osmanov qızıl medal qazandı

21-23 dekabr tarixlərində Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasının yarış zalında keçirilən qadınlar, kişilər və veteranlar arasında ağır atletika üzrə Azərbaycan Kubokuna start verilib. Yarışda şəhər və rayonların, idman cəmiyyətlərinin, idman klublarının, idman mərkəzlərinin, UGİM-lərinin hazırkı əsasnamə üzrə təyin olunmuş dərəcə normalarını yerinə yetirən və tibbi müayinədən keçən yüzdən çox atlet öz qüvvəsini sınayacaq.

Kişilərdən körpücük üzərinə ilk olaraq çəkisi 55 kq-a qədər olan atletlər çıxıblar. Toplam 207 kq (95+112) nəticə göstərən Amin Osmanov qızıl, toplam 198 kq (88+110) nəticə göstərən Dəniz Cabbarlı gümüş, toplam 165 kq (75+90) nəticə göstərən Orxan İmanov isə bürünc medal qazanıb.

55 kq

N Adı İl Şəhər / Rayon Klub Çəki Birdən Təkanla Toplam
1. Amin Osmanov 2006 Qazax Göyəzən 54.7 95 112 207
2. Dəniz Cabbarlı 2006 Lənkəran UGİM 54.3 88 110 198
3. Orxan İmanov 2007 Lerik Təhsil 54.0 75 90 165
4. Aysim Əliyev 2007 Goranboy Təhsil 54.8 70 87 157
5. Oruc Məhərrəmov 1999 Goranboy Kərim 54.5 70 80 150
6. Xəyyam Allahverdiyev 2007 Şamaxı Cəngi 51.5 65 75 140
7. Şərif Qasımov 2005 Qazax UGİM- Göyəzən 54.2 67 67 134
8. Nihat Zairov 2006 Bakı Təhsil 45.3 60 72 132
9. Zülfüqar Qaçayzadə 2004 İsmayıllı Girdiman 52.7 60 70 130
10. Baxış Məmmədov 2007 Qobustan Gİİ 52.5 58 65 123
11. Rəvan Nəsirov 2006 Neftçala Herkules 54.5 55
12. Nicat Zairov 2006 Bakı Təhsil 42.4

 

 

Paylaş
Şərh yaz