5-28 may tarixlərində Xırdalan və Astara şəhərlərində yerləşən AAAF Park Yaşayış, İdman, İstirahət və Əyləncə Komplekslərində keçiriləcək Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş, uşaqlar arasında 7-ci “Zirvə Oyunları” start götürüb. 27 idman növündə 12 ölkədən olan 4 mindən çox idmançı uşağın qüvvəsini sınayacağı yarışlarda ilk olaraq ağır atletika üzrə qaliblər müəyyən edilib.
7 ölkədən – Azərbaycan, İran, Gürcüstan, Türkiyə, İsrail, Moldova və Ukraynadan olan 200-ə yaxın uşaq ağır atletin qatılacağı turnirdə oğlanlarda körpücük üzərinə bu dəfə çəkisi 34 kq-a qədər olan yeniyetmələr çıxıblar.
Qazaxlı atlet Amin Osmanov toplam 97 kq (42+55) nəticə bütün rəqiblərini qabaqlayıb və qızıl medala sahib çıxıb. Gümüş medalı 87 kq (38+49) nəticə ilə Nahid Ağayev qazanıb. Bürüncə isə 81 kq (37+44) nəticə ilə Əli Məhərrəmzadə yiyələnib.
34 kq
N | Adı | İl | Ölkə/Şəhər | Klub | Çəki | Birdən | Təkanla | Toplam |
1. | Osmanov Amin | 2006 | Qazax | Zirvə | 34.0 | 42 | 55 | 97 |
2. | Ağazadə Nahid | 2005 | Lənkəran | Zirvə | 33.3 | 38 | 49 | 87 |
3. | Məhərrəmzadə Əli | 2009 | Lənkəran | Zirvə | 33.2 | 37 | 44 | 81 |
4. | Məlikov Ziya | 2007 | Neftçala | Zirvə | 31.4 | 33 | 40 | 73 |
5. | Əliyev Aysim | 2007 | Goranboy | Zirvə | 34.0 | 32 | 40 | 72 |
6. | Hüseynov Mirkamil | 2007 | Lerik | Zirvə | 32.1 | 25 | 33 | 58 |
7. | Bağırov Rəzzaq | 2007 | Lənkəran | Təhsil | 32.1 | 25 | 33 | 58 |
8. | Qasımov Mehdinur | 2008 | Xırdalan | Zirvə | 33.3 | 25 | 33 | 58 |
9. | Məmmədov Ayxan | 2009 | Goranboy | Zirvə | 30.9 | 27 | 28 | 55 |
10. | Məmmədli Şakir | 2007 | Neftçala | Zirvə | 33.3 | 23 | 30 | 53 |
11. | Kamalov Qafar | 2008 | Lerik | Zirvə | 32.7 | 28 | 0 | – |
“Zirvə Oyunları”nda idmançılar ağır atletika, atçılıq, atıcılıq, basketbol, boks, cüdo, futbol və çimərlik futbolu, bədii və idman gimnastikası, güləş (sərbəst, yunan-roma), karate, kartinq, kikboksinq, qılıncoynatma, kamandan oxatma, pauerliftinq, şahmat, taekvondo, tennis və stolüstü tennis, üzgüçülük, çimərlik voleybolu və voleybol, badminton, atletika növlərində medal mübarizəsinə qoşulacaqlar.
“Zirvə” Beynəlxalq İdman Klublarının təşkilatçılığı ilə keçirilən bu Oyunları böyük ənənə halını almaqdadır. “Zirvə Oyunları”nın keçirilməsində məqsəd dahi liderin irsinin yaşadılması, onun ölkəmiz üçün etdiyi işlərin gələcək nəsillərə çatdırılması, eyni zamanda, idman növlərinin yerlərdə təbliği və inkişafı, idmançılar və məşqçilər arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi, idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi,yarış vərdişlərinin mükəmməlləşdirilməsi, məşqçi-müəllimlərin işlərinin qiymətləndirilməsidir.