9-18 avqust tarixlərində Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəylik Oyunları davam edir. Ağır atletlərimiz yarışa qoşulanlar sırasındadır.
Körpücük üzərinə 10 nəfər – 3 qadın və 7 kişi idmançı çıxacaq.
Onlardan daha biri – Anastasiya Moum mübarizəyə qoşulub. İdmançımız 76 kq çəki dərəcəsində yarışıb.
Atletimiz bbirdən qaldırma hərəkətində 88 kq, təkanla qaldırmada isə 111 kq-ın öhdəsindən gəlib.
Toplam 199 kq (88+111) nəticə ilə Anastasiya Moum yekun sıralamada 6-cı yeri tutub.