Anti-dopinq seminarı keçiriləcək

Oktyabr ayının 17-də AAAF Park Yaşayış Kompleksinin Konfrans zalında Beynəlxalq Ağır Atletika Federasiyasının (IWF) təlimatına əsasən, Azərbaycan Ağır Atletika Federasiyası (AAAF) və Azərbaycan Milli Anti-Dopinq Agentliyinin (AMADA) birgə təşkilatçılığı ilə anti-dopinq seminarı keçiriləcək. Tədbirdə dinləyici qismində idmançılar, müxtəlif ixtisaslı mütəxəssislər, inzibati və rəhbər şəxslər iştirak edəcəklər.
Seminarda idman ruhu, pozuntu növləri və sanksiyalar, hər zaman qadağan edilmiş maddələr, qadağan edilmiş üsullar, “nəyi mütləq bilməlisiniz” və digər bu kimi mövzular barədə danışılacaq.
Mühazirəçilər Dr. Fərid Əliyev (Terapevtik İstifadə üçün İstisna (TUE) Komitəsinin sədr müavini) və Lalə Hacıyeva (Təhsil və təlim üzrə menecer) olacaq.

Paylaş
Şərh yaz