15-23 iyun tarixlərində Yunanıstanın Saloniki şəhərində keçirilən 15 və 17 yaşlı yeniyetmələr arasında ağırlıqqaldırma üzrə Avropa birinciliyi davam edir. 38 ölkədən 415 (198 qız + 217 oğlan) idmançının iştirak etdiyi yarışa Azərbaycan yığması da qatılıb.
Bu gün onlardan daha biri – Arzu Qədimova körpücük üzərinə çıxıb. O, yaşı 15-ə qədər olan atletlər arasında 76 kq çəki dərəcəsində qüvvəsini sınayıb.
İdmançımız toplam 146 kq (66+80) nəticə ilə 6-cı yeri tutub.