Arzu Qədimova da Avropa birinciliyində yarışdı

1-10 iyul tarixlərində Moldovanın paytaxtı Kişineuda keçiriləcək 15 və 17 yaşlı yeniyetmə oğlan və qızlar arasında Avropa birinciliyi davam edir. Yarışda 40-a yaxın ölkədən 356 atlet (165 qız və 191 oğlan) iştirak edəcək. Onların arasında Azərbaycan yığmasının üzvləri də var.

Qızlardan son olaraq körpücük üzərinə Arzu Qədimova çıxıb. O, yaşı 15-ə qədər olan qızlar arasında 76 kq çəki dərəcəsində mübarizə aparıb. Atletimiz birdən qaldırmada 60 kq-ı ram edib. Təkanla qaldırmada 75 kq-ın öhdəsindən gələ bilməyən idmançımız, bu hərəkəti nəticəsiz başa vurub.

Paylaş
Şərh yaz