Atletlərimiz dünya birinciliyində iştirak edəcək

 

19-27 sentyabr tarixlərində İspaniyanın Leon şəhərində gənclər arasında ağırlıqqaldırma üzrə dünya birinciliyi keçiriləcək. Yarışda 60-a yaxın ölkədən 367 (168 qadın + 199 kişi) idmançı iştirak edəcək. Birinciliyə Azərbaycan yığmasının üzvləri də qatılacaq.

Heyət aşağıdakı kimidir: Elşən Məmmədov (61 kq), Ravin Alməmmədov (81 kq), Nurlan Məmmədzadə (89 kq).

Paylaş
Şərh yaz