Atletlərimiz II Qran-Pridə iştirak edəcək

4-18 dekabr tarixlərində Qətərin paytaxtı Dohada Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının II Qran-Pri yarışı keçiriləcək. Paris 2024 Olimpiya Oyunlarına lisenziya xarakterli turnirdə 70-dən çox ölkədən 500-ə yaxın atlet iştirak edəcək. Yarışda ağırlıqqaldırma üzrə Azərbaycan yığmasının üzvləri də körpücük üzərinə çıxacaqlar. Heyət aşağıdakı kimidir:

Qadınlar: Nazilə İsmayılova (49 kq)
Kişilər: Ömər Cavadov (73 kq), Əli Şükürlü (102 kq), Dadaş Dadaşbəyli (109 kq).

Azərbaycan Ağırlıqqaldırma Federasiyası

Paylaş
Şərh yaz