Atletlərimiz Qətərə yollanır

 

19-24 dekabr tarixlərində Qətərin paytaxtı Dohada ağır atletika üzrə 6-cı Qətər Beynəlxalq Kuboku keçiriləcək. Tokio 2020 Olimpiya Oyunlarına lisenziya xarakterli olan bu yarışda Asif Məmmədovun rəhbərliyi altında Azərbaycan yığmasının üzvləri də iştirak edəcəklər. Qadınlarda ölkəmizi Boyanka Kostova (59 kq), kişilərdə isə Nailxan Nəbiyev (96 kq) və Əliş Nəzərov (109 kq) təmsil edəcəklər.

Yarışda ədalət təmsilçisi olaraq beynəlxalq dərəcəli hakim Vahid Nəzərov iştirak edəcək.

Paylaş
Şərh yaz