22-23 dekabr tarixlərində Gürcüstanın Kutaisi şəhərində ağır atletika üzrə üçqat Olimpiya çempionu Kaxi Kaxiaşvilinin şərəfinə beynəlxalq turnir keçirilib. Yarışda yerli idmançılarla yanaşı, azərbaycanlı atletlər də iştirak ediblər. Paşa İbrahimli 73 kq, Kamran İsmayılov isə 96 kq çəki dərəcəsində mübarizə aparıblar. Məşqçi Taleh Hüseynovun rəhbərliyi altında çıxış edən atletlər iki qızıl medal qazanmağı bacarıblar.
Paşa İbrahimli toplam 286 kq (130+156) nəticə ilə öz çəki dərəcəsində bütün rəqiblərini qabaqlayıb. Kamran İsmayılov isə 322 kq (141+181) nəticə ilə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Təbrik edirik!