Kosovonun paytaxtı Priştina şəhərində 22-30 sentyabr tarixlərində keçiriləcək 15 və 17 yaşlı yeniyetmə ağır atletlər arasında Avropa birinciliyi start götürür. Yarışda 40-a yaxın ölkədən 305 atlet (175 oğlan və 130 qız) medallar uğrunda mübarizəyə qoşulacaq. Onların arasında bizim yığmanın da üzvləri var.
Artıq yarışın start kitabı açıqlanıb və atletlərimizin çıxış cədvəli məlum olub. Onu sizin diqqətinizə çatdırırıq:
N | Adı | Yaş | Çəki | Qrup | Gün | Start |
1. | Elşən Məmmədov | U-15 | 50 kq | A | 23 sentyabr | 19:00* |
2. | Murad Əliyev | U-15 | 56 kq | A | 24 sentyabr | 15:30 |
3. | Rüstəm Qasımov | U-15 | 56 kq | A | 24 sentyabr | 15:30 |
4. | Elməddin Hüseynov | U-17 | 56 kq | A | 24 sentyabr | 20:00 |
5. | Nurlan Rəsulov | U-15 | 62 kq | A | 25 sentyabr | 12:00 |
6. | Əli Şükürlü | U-15 | 69 kq | A | 25 sentyabr | 18:00 |
7. | Səbinə Əzimova | U-17 | 53 kq | A | 25 sentyabr | 20:00 |
8. | Tarmenxan Babayev | U-15 | 85 kq | A | 27 sentyabr | 16:00 |
9. | Rəhman Kazımov | U-15 | +94 kq | A | 29 sentyabr | 18:00 |
* Qeyd: saatlar Bakı vaxtı ilə göstərilib.