22-29 iyul tarixlərində İtaliyanın Milan şəhərində 15 və 17 yaşa qədər yeniyetmə oğlan və qızlar arasında ağır atletika üzrə Avropa birinciliyi keçiriləcək. 40-a yaxın ölkədən 388 atletin (169 qız və 219 oğlan) iştirak edəcəyi turnir həmçinin Argentinanın paytaxtı Buenos-Ayresdə baş tutacaq Yeniyetmələrin 3-cü Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyacaq.
Milandakı birincilikdə Azərbaycan yığma komandası da geniş heyətlə iştirak edəcək. Sizi yarışa qatılacaq atletlərin çıxış cədvəli ilə tanış edirik:
N | Adı | Çəki | Yaş | Gün | Saat |
1. | Günel Muxtarlı | 44 kq | U-15 | 22 iyul | 12:00 |
2. | Selcan Qarayeva | 48 kq | U-15 | 22 iyul | 14:00 |
3. | Elvin Şükürzadə | 50 kq | U-15 | 22 iyul | 19:00 |
4. | Ömər Cavadov | 50 kq | U-17 | 22 iyul | 21:00 |
5. | Fuad Həsənov | 56 kq | U-15 | 23 iyul | 13:00 |
6. | Elşən Məmmədov | 56 kq | U-15 | 23 iyul | 13:00 |
7. | Murad Əliyev | 62 kq | U-15 | 23 iyul | 15:30 |
8. | Kamil Nəbiyev | 62 kq | U-15 | 23 iyul | 15:30 |
9. | Fazilə İmanova | 53 kq | U-15 | 23 iyul | 18:00 |
10. | Sale Alxasov | 56 kq | U-17 | 23 iyul | 20:00 |
11. | Elməddin Hüseynov | 62 kq | U-17 | 23 iyul | 22:00 |
12. | Rüstəm Qasımov | 62 kq | U-17 | 23 iyul | 22:00 |
13. | Anna Opanasyuk | 58 kq | U-15 | 24 iyul | 13:00 |
14. | Fidan Mirzəzadə | 63 kq | U-15 | 24 iyul | 15:30 |
15. | Səma Mayılova | 63 kq | U-15 | 24 iyul | 15:30 |
16. | Füqan Əliyev | 69 kq | U-17 | 24 iyul | 19:00 |
17. | Yaşar Mamayev | 77 kq | U-15 | 25 iyul | 13:00 |
18. | Rahilə Hüseynova | 69 kq | U-15 | 26 iyul | 13:00 |
19. | Əlimərdan Alxasov | 77 kq | U-17 | 26 iyul | 16:00 |
20. | İsmayıl Baxışov | 77 kq | U-17 | 26 iyul | 16:00 |
21. | Lalə Rzazadə | 58 kq | U-17 | 26 iyul | 18:00 |
22. | Əli Quliyev | 94 kq | U-15 | 27 iyul | 13:00 |
23. | Əli Şükürlü | 94 kq | U-15 | 27 iyul | 13:00 |
24. | Fidan Hüseynzadə | 69 kq | U-17 | 28 iyul | 17:00 |
25. | Tarmenxan Babayev | 94 kq | U-17 | 28 iyul | 19:00 |