15-23 iyun tarixlərində Yaponiyanın paytaxtı Tokio şəhərində 43-cü kişilər və 23-cü qadınlar arasında ağır atletika üzrə gənclərin dünya çempionatı keçiriləcək. Yarışda yüzə yaxın ölkədən 306 atlet (125 qadın və 181 kişi) körpücük üzərinə çıxacaq. İştirakçılar arasında Azərbaycan yığma komandasının üzvləri də var.
Artıq onların körpücük üzərinə çıxma vaxtları da açıqlanıb. Onlarla aşağıdakı cədvəldə tanış ola bilərsiniz:
N | Adı | Çəki | Qrup | Gün | Vaxt |
1. | Kənan Xəlilov | 62 kq | B | 17 iyun | 08:00* |
2. | Məhəmməd Məmmədli | 62 kq | A | 17 iyun | 12:30 |
3. | İsa Rüstəmov | 69 kq | B | 18 iyun | 08:00 |
4. | Hüseyn İsmayılov | 94 kq | B | 21 iyun | 08:00 |
Qeyd: Cədvəldəkilər Bakı vaxtı ilə göstərilib.