Atletlərimizin dünya çempionatında çıxış cədvəli məlum oldu

18-27 sentyabr tarixlərində Tailandın Pattaya şəhərində keçiriləcək ağır atletika üzrə kişilər arasında 85-ci, qadınlar arasında 28-ci dünya çempionatında 105 ölkədən 734 atlet (395 kişi və 339 qadın) körpücük üzərinə çıxacaq. Onların arasında Azərbaycan yığmasının 3 üzvü də var. Artıq onların çıxış qrafiki məlum olub.

Onunla aşağıda tanış ola bilərsiniz. Qeyd edək ki, çıxış vaxtları Bakı vaxtı ilə göstərilib:

N Ad Çəki Qrup Gün Saat
1. Səbinə Əzimova 55 kq C 19 sentyabr 19:30
2. Boyanka Kostova 59 kq A 21 sentyabr 14:55
3. Nailxan Nəbiyev 96 kq D 23 sentyabr 19:30

 

Start_Book_Pattaya_2019

Paylaş
Şərh yaz