Milandakı birincilikdə Azərbaycan yığma komandası da geniş heyətlə iştirak edir. Artıq ilk üzvümüz körpücük üzərinə çıxıb. Muxtarlı Günel yaşı 15-ə qədər olan qızların mübarizəsində 44 kq çəki dərəcəsində qüvvəsini sınayıb.
Atletimiz birdən qaldırma hərəkətində 42 kq-ın öhdəsindən gəlib. Təkanla qaldırma hərəkətində 55 kq-ı ram edib. Toplam 97 kq (42+55) nəticə ilə Günel Muxtarlı Avropa birinciliyində 6-cı yeri tutub.