İordaniyanın paytaxtı Amman şəhərində keçirilən İslam Həmrəyliyi İdman Federasiyasının 4-cü ağır atletika çempionatı başa çatıb. Yarışların son günündə Azərbaycan ağır atletika yığmasının daha bir üzvü – Azər Məmmədli körpücük üzərinə çıxıb. “Lənkəran-Zirvə” atleti +105 kq çəki dərəcəsində mübarizə aparıb.
Azər birdən qaldırma hərəkətində 148 kq, təkanla qaldırma hərəkətində isə 185 kq-ı ram edib.
2012-ci il yeniyetmələr arasında dünya birinicliyinin gümüş mükafatçısı olmuş Məmmədli uzunmüddətli zədədən uğurlar geri dönüb. O, toplam 333 kq (148+185) nəticə ilə İordaniyada da gümüş medala sahib çıxıb.
Azəri, məşqçilərini və uğurda əməyi olan hər kəsi təbrik edir, növbəti yarışlarda da fəxri kürsüdə, onun yüksək pilləsində yer almağı arzulayırıq!
Əhsən, Azər!