İsrailin Eylat şəhərində dekabrın 2-10-u tarixlərində keçirilən yaşı 20 və 23-ə qədər olan gənclər arasında ağır atletika üzrə Avropa çempionatı başa çatıb. Azərbaycan yığma komandasının üzvlərindən son olaraq Azər Məmmədli yaşı 23-ə qədər olan atletlər arasında +105 kq çəki dərəcəsində körpücük üzərinə çıxıb.
Azər birdən qaldırma hərəkətində 164 kq-ı ram edərək bu hərəkətdə 5-ci yeri tutub.
Məmmədli təkanla qaldırma hərəkətində 210 kq-ı başı üzərinə qaldırıb və 4-cü pillədə qarşılaşıb.
6 yanaşmanın hamısını uğurla yerinə yetirən atletimiz toplam 374 kq (164+210) nəticə göstərib və Avropa çempionatında yekun sıralamada 4-cü yeri tutub.