19-30 avqust tarixlərində Tayvanın paytaxtı Taypey şəhərində XXIX Ümumdünya Yay Universiadası keçiriləcək. Yarışda 52 ölkədən 300-ə yaxın ağır atlet iştirak edəcək. Azərbaycan ağır atletika yığmasının iki üzvü də onların arasındadır. 62 kq çəki dərəcəsində mübarizə aparmış Məhəmməd Məmmədli 256 kq (116+140) nəticə göstərərək 7-ci yeri tutmuşdu.
Bu gün daha bir atletimiz – Azər Məmmədli avqustun +105 kq çəki dərəcəsində qüvvəsini sınayıb. O, birdən qaldırma hərəkətində 160 kq-ı ram edib. Məmmədli təkanla qaldırma hərəkətində 210 kq-ın öhdəsindən gəlib.
Toplam 370 kq (160+210) nəticə göstərən Azər, bu çəki dərəcəsində 11-ci yeri tutub.