Mayın 25-28-də Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasında keçirilən 15 və 17 yaşadək (2001-2002-ci il təv. və 2003-2005-cü il təv.) yeniyetmə oğlan və qızlar arasında Azərbaycan start götürüb. İlk olaraq körpücük üzərinə yaşı 15-ə qədər olan oğlanlar çıxıb. Onlar 50 kq çəki dərəcəsinin B qrupunda müarizə aparıblar. Yarışda ölkənin bütün şəhər və rayonlarından idman cəmiyyətləri, klubları, mərkəzləri, UGİM-lərini təmsil edən 150-yə yaxın gənc atlet iştirak edir.
B qrupunda qalib adını toplam 108 kq (50+58) çəki ilə Hüseyn Ağayev qazanıb. Çəkidə ümumi qaliblərin adına isə A qrupundakı yarışlar bitəndən sonra aydınlıq gələcək.
Birinciliyin keçirilməsində məqsəd ölkənin ən güclü yeniyetmə atletlərinin müəyyən edilməsi, ağır atletika idman növünün təbliğ və inkişaf etdirilməsi, dostluq əlaqələrinin möhkəmləndirilməsi, idmançıların ustalıq səviyyəsinin artırılması, həmçinin qarşıdakı beynəlxalq yarışlara hazırlıq və seçimdir.
Oğlanlar. U-15 yaş qrupu
50 kq – B qrupu
N | Ad | İl | Şəhər/rayon | Klub/Cəmiyyət | Çəkisi | Birdən | Təkanla | Toplam |
1. | Ağayev Hüseyn | 2003 | Bakı | Təhsil | 49.7 | 50 | 58 | 108 |
2. | Məmmədov Fərid | 2003 | Qazax | Zirvə | 38.1 | 45 | 63 | 108 |
3. | Məmmədov Renat | 2003 | Qazax | UGİM | 50.0 | 45 | 55 | 100 |
4. | Məmmədov Aqşın | 2005 | Yevlax | Zirvə | 43.8 | 43 | 52 | 95 |
5. | Miriyev Sahil | 2003 | Cəlilabad | UGİM | 40.2 | 42 | 50 | 92 |
6. | Qasımzadə Ülvi | 2003 | Cəlilabad | UGİM | 48.5 | 42 | 50 | 92 |
7. | Soltanov Soltan | 2004 | Bakı | Təhsil | 45.5 | 38 | 45 | 73 |
8. | Hacıyev Məhəmməd | 2005 | Sumqayıt | Zirvə | 41.5 | 40 | – | – |
The requested album cannot be loaded at this time. Error: OAuthException Code: 10, (#10) Application does not have permission for this action