Azərbaycan birinciliyinə yekun vuruldu

11-12 may tarixlərində Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasının yarış zalında keçirilən yaşı 20 və 23-ə qədər olan gənclər arasında ağır atletika üzrə Azərbaycan birinciliyinə yekun vurlub. Körpücük üzərinə son olaraq çəkisi 89 kq, 96 kq, 102 kq + 109 kq-a qədər olan atletlər çıxıblar.

Müvafiq olaraq öz çəkilərində toplam 241 kq (114+127) nəticə ilə Yaşar Mamayev, toplam 290 kq (135+155) nəticə ilə Tarmenxan Babayev, toplam 290 kq (130+160) nəticə ilə Əliş Nəzərov və toplam 300 kq (125+175) nəticə ilə İsmayıl Qurbanov qalib adını qazanıblar.

Yarışda ölkənin bütün regionlarından klub və cəmiyyətləri təmsil edən yüzə yaxın atlet iştirak edib. Çempionatın təşkilində məqsəd idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi, texniki cəhətdən hazırlıqlı və dərəcə normalarını yerinə yetirən idmançıların seçilməsi, kişilərdən və qadınlardan ibarət milli yığma komandaların tərkibinin müəyyənləşdirilməsi, qarşıdakı beynəlxalq yarışlara hazırlanmasıdır.

Kişilər. 89 kq.

N Adı İl Ölkə/Şəhər Klub Çəki Birdən Təkanla Toplam
1. Mamayev Yaşar 2003 Neftçala Zirvə 81.7 114 127 241
2. Quliyev Əli 2003 Goranboy UGİM 81.1 105 130 235
3. Mustafayev Coşqun 2002 Qazax UGİM 81.3 97 115 212
4. Rəhimli Cavid 1998 Qazax Zİrvə 83.6 115 135 250
5. Qasımzadə Ümüd 2001 Cəlilabad Zirvə 82.3 106 131 237

 

Kişilər. 96 kq.

N Adı İl Ölkə/Şəhər Klub Çəki Birdən Təkanla Toplam
1. Babayev Tarmenxan 2002 Şərur Təhsil 91.0 135 155 290
2. Şükürlü Əli 2003 Sumqayıt Zirvə 94.0 126 160 286

 

Kişilər. 102 kq.

N Adı İl Ölkə/Şəhər Klub Çəki Birdən Təkanla Toplam
1. Nəzərov Əliş 1999 Bakı Təhsil 100.6 130 160 290

 

Kişilər. +109 kq.

N Adı İl Ölkə/Şəhər Klub Çəki Birdən Təkanla Toplam
1. Qurbanov İsmayıl 2000 Qobustan Zirvə 117.9 125 175 300

 

 

Paylaş
Şərh yaz