28-29 apel tarixlərində Xırdalan şəhərindəki AAAF Park Yaşayış Kompleksinin yarış zalında keçirilən yaşı 20 və 23-ə qədər olan gənclər arasında ağır atletika üzrə Azərbaycan birinciliyi başa çatıb. Turnirdə ölkənin bütün regionlarından klub və cəmiyyətləri təmsil edən yüzdən çox atlet iştirak edib.
Körpücük üzərinə son olaraq çəkisi 105 kq və 105 kq-dan yuxarı olan atletlər çıxıblar.
Yaşı 20-yə qədər olan gənclər arasında 105 kq çəki dərəcəsində qızıl medala toplam 266 kq (116+150) nəticə ilə Ümidvar Bayramlı sahib çıxıb. Bu çəkidə yaşı 23-ə qədər olan gənclər arasında qızıl medala isə toplam 285 kq (126+159) nəticə ilə Əli Əliyev layiq görülüb.
Yaşı 20-yə qədər olan gənclər arasında +105 kq çəki dərəcəsində qızıl medalı toplam 260 kq (120+140) nəticə ilə Asxab Kolayev qazanıb. Bu çəkidə yaşı 23-ə qədər olan gənclər arasında qızıl medalı isə toplam 250 kq (110+140) nəticə ilə Xəlil Gəraylı əldə edib.
Kişilər. 105 kq. U-20
N | Adı | İl | Şəhər | Klub | Çəki | Birdən | Təkanla | Toplam |
1. | Bayramlı Ümidvar | 2001 | Bakı | Təhsil | 96.6 | 116 | 150 | 266 |
2. | Qurbanov İsmayıl | 2000 | Qobustan | Zirvə | 104.9 | 100 | 140 | 240 |
Kişilər. 105 kq. U-23
N | Adı | İl | Şəhər | Klub | Çəki | Birdən | Təkanla | Toplam |
1. | Əliyev Əli | 1994 | Gəncə | Təhsil | 104.6 | 126 | 159 | 285 |
2. | Nurməmmədov Əziz | 1994 | Bakı | Zirvə | 102.0 | 130 | 153 | 283 |
Kişilər. +105 kq. U-20
N | Adı | İl | Şəhər | Klub | Çəki | Birdən | Təkanla | Toplam |
1. | Kolayev Asxab | 1998 | Bakı | Neftçi | 129.0 | 120 | 140 | 260 |
Kişilər. +105 kq. U-23
N | Adı | İl | Şəhər | Klub | Çəki | Birdən | Təkanla | Toplam |
1. | Gəraylı Xəlil | 1994 | Goranboy | Zirvə | 105.8 | 110 | 140 | 250 |