Azərbaycan birinciliyində yuxarı çəkilərdə də qaliblərin adları bilindi

13-14 sentyabr tarixlərində Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasının yarış zalında keçirilən gənclər arasında ağır atletika üzrə Azərbaycan birinciliyinə yekun vurulub. Yarışda ölkənin bütün regionlarından klub və cəmiyyətləri təmsil edən yüzə yaxın atlet iştirak edib.

Körpücük üzərinə son olaraq 85, 94, 105 və +105 kq çəki dərəcələrində yarışan atletlər çıxıblar. Müvafiq olaraq Cavid Rəhimli, Tarmenxan Babayev, Əliş Nəzərov və İsmayıl Qurbanov qızıl medal qazanıblar.

Çempionatın təşkilində məqsəd idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi, texniki cəhətdən hazırlıqlı və dərəcə normalarını yerinə yetirən idmançıların seçilməsi, kişilərdən və qadınlardan ibarət milli yığma komandaların tərkibinin müəyyənləşdirilməsi, qarşıdakı beynəlxalq yarışlara hazırlanmasıdır.

 

85 kq

N Adı İl Şəhər Klub Çəki Birdən Təkanla Toplam
1. Rəhimli Cavid 1998 Qazax UGİM 82.70 115 135 250
2. Mamayev Yaşar 2003 Neftçala Zirvə 78.00 105 115 220
3. Quliyev Əli 2003 Goranboy UGİM 83.30 103
4. Qocayev Həmid 1997 Bakı Spartak 83.70 110

 

94 kq

N Adı İl Şəhər Klub Çəki Birdən Təkanla Toplam
1. Babayev Tərmenxan 2002 Şərur Təhsil 87.80 135 165 300
2. Şükürlü Əli 2003 Sumqayıt Zirvə 93.30 111 150 261

 

105 kq

N Adı İl Şəhər Klub Çəki Birdən Təkanla Toplam
1. Nəzərov Əliş 1999 Bakı Təhsil 95.60 140 170 310

 

+105 kq

N Adı İl Şəhər Klub Çəki Birdən Təkanla Toplam
1. Qurbanov İsmayıl 2000 Qobustan UGİM 108.8 127 160 287
2. Kazımov Rəhman 2002 Xırdalan Zirvə 111.5 124 160 284
3. Kalayev Asxab 1998 Bakı Neftçi 127.3 0

 

Kişilər. U-23. Mütləq birincilik.

N Adı İl Şəhər Klub Çəki Birdən Təkanla Toplam Xal
1. Məmmədli Məhəmməd 1997 İsmayıllı Zirvə 63.40 122 153 275 385.81
2. İbrahimli Paşa 1995 Lənkəran Zİrvə 68.00 130 155 285 382.25
3. Tağızadə Ceyhun 1995 Lənkəran Zirvə 85.00 130 161 291 345.49
Paylaş
Şərh yaz