Azərbaycan birinciliyinin son günü

14-16 mart tarixlərində keçirilən ağırlıqqaldırma üzrə U-15 və yeniyetmələr arasında Azərbaycan birinciliyinin son günü də maraqlı mübarizə şəraitində keçib. Şüvəlanda yerləşən Ağırlıqqaldırma Akademiyasında təşkil olunan yarışda daha 4 çəki dərəcəsi üzrə qaliblər müəyyənləşib.

15 yaşa qədər olan oğlanların yarışı:

67 kq çəki dərəcəsində Hikmət Məhərrəmov toplamda 203 kq (85 kq+ 118 kq) nəticə ilə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

73 kq çəki dərəcəsində Lətif Əliyev toplamda 205 kq (95 kq + 110 kq) nəticə ilə birinci olub.

Yeniyetmələrin yarışı:

67 kq çəki dərəcəsində Kamran Xappayev toplamda 235 kq (108 kq + 127 kq) nəticə ilə qalib adını qazanıb.

73 kq çəki dərəcəsində Əbdülhüseyn Hüseynov toplamda 241 kq (108 kq + 133 kq) nəticə ilə qalib adını qazanıb.

Paylaş
Şərh yaz