14-15 sentyabr tarixlərində Şüvəlan qəsəbəsində yerləşən Ağırlıqqaldırma Mərkəzinin yarış zalında keçirilən gənclər arasında Azərbaycan birinciliyi və böyüklər arasında ağırlıqqaldırma üzrə Azərbaycan çempionatına yekun vurulub. Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Azərbaycan Ağırlıqqaldırma Federasiyasının birgə təşkil etdiyi yarışda ölkənin bütün bölgələrindən 100-ə yaxın atlet qüvvəsini sınayıb.
Yarışda körpücük üzərinə son olaraq 89, 96, 102, 109 və +109 kq çki dərəcələrində mübarizə aparan atletlər çıxıblar. Bu çəkilərdə böyüklər arasında müvafiq olaraq Ravin Alməmmədov, Nurlan Məmmədzadə, Mürsəl Quliyev, Əli Şükürlü və Dadaş Dadaşbəyli Azərbaycan çempionu adına layiq görülüblər.
Ravin Alməmmədov və Nurlan Məmmədzadə müvafiq olaraq 89 kq və 96 kq çəki dərəcələrində həmçinin gənclər arasında Azərbaycan birinciliyinin qalibi olublar.
Təbrik edirik!
89 kq
N | Adı | İl | Şəhər / Rayon | Təşkilatı | Bİrdən | Təkanla | Toplam |
1. | Ravin Alməmmədov | 2006 | Qazax | Göyəzən AAK | 125 | 160 | 285 |
2. | Vaqif Həsənov | 2003 | Gəncə | Bəhrə İK | 120 | 146 | 266 |
3. | Səbuhi Şəmmədov | 2002 | Goranboy | UGİM | 113 | 126 | 239 |
4. | Dilavər Süleymanov | 2006 | Bakı | Herkules İK | 105 | 125 | 230 |
5. | Yaşar Qurbanov | 2007 | Bakı | Spartak KBTİC | 85 | 120 | 205 |
96 kq
N | Adı | İl | Şəhər / Rayon | Təşkilatı | Birdən | Təkanla | Toplam |
1. | Nurlan Məmmədzadə | 2004 | Qazax | Göyəzən AAK | 122 | 155 | 277 |
2. | Sənan Quliyev | 1995 | Samux | Bəhrə İK | 115 | 155 | 270 |
3. | Aslan Əmiraslanov | 2009 | Qazax | Göyəzən, UGİM | 115 | 145 | 260 |
4. | Səxavət Babayev | 1997 | Şamaxı | Şamaxı | 95 | 131 | 226 |
102 kq
N | Adı | İl | Şəhər / Rayon | Təşkilatı | Birdən | Təkanla | Toplam |
1. | Mürsəl Quliyev | 1994 | Samux | Bəhrə İK | 100 | 130 | 230 |
109 kq
N | Adı | İl | Şəhər / Rayon | Təşkilatı | Birdən | Təkanla | Toplam |
1. | Əli Şükürlü | 2003 | Sumqayıt | Bəhrə İK | 170 | 215 | 385 |
+109 kq
N | Adı | İl | Şəhər / Rayon | Təşkilatı | Birdən | Təkanla | Toplam |
1. | Dadaş Dadaşbəyli | 1996 | Qobustan | Neftçi İK | 135 | 175 | 320 |