Azərbaycan çempionatına yekun vuruldu

7-8 fevral tarixlərində Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasının yarış zalında keçirilən kişilər və qadınlar arasında Azərbaycan çempionatı başa çatıb. Körpücük üzərinə son olaraq 109 kq və +109 kq çəki dərələrində yarışan idmançılar çıxıb.

Müvafiq olaraq toplam 270 kq (115+155) nəticə ilə İsmayıl Qurbanov və toplam 312 kq (140+172) nəticə ilə Həsənbəy Həsənzadə öz çəkilərində qalib adını qazanıblar.

Təbrik edirik!

Çempionatın təşkilində məqsəd idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi, texniki cəhətdən hazırlıqlı və dərəcə normalarını yerinə yetirən idmançıların seçilməsi, kişilərdən və qadınlardan ibarət milli yığma komandaların tərkibinin müəyyənləşdirilməsi, qarşıdakı beynəlxalq yarışlara hazırlanması idi. Azərbaycan Gənclər və İdman Nazirliyi və Azərbaycan Ağır Atletika Federasiyasının birgə təşkil etdiyi yarışda ölkənin bütün bölgələrindən 100-ə yaxın atlet qüvvəsini sınadı.

 

109 kq

N Adı İl Şəhər Klub Çəkisi Birdən Təkanla Toplam
1. Qurbanov İsmayıl 2000 Qobustan Zirvə 107.7 115 155 270

 

+109 kq

N Adı İl Şəhər Klub Çəkisi Birdən Təkanla Toplam
1. Həsənzadə Həsənbəy 2001 Samux Zirvə 114.2 140 172 312
2. Səfərov Vasif 1991 Qobustan Zirvə 112.6 141 150 291
3. Kazımov Rəhman 2002 Xırdalan Zirvə 114.6 127 162 289
4. Əliyev Əli 1994 Gəncə Təhsil 116.8 0

 

Paylaş
Şərh yaz