Azərbaycan çempionatına yekun vurulub

25-26 yanvar tarixlərində keçirilən ağırlıqqaldırma üzrə Azərbaycan çempionatına yekun vurulub. Son yarış günündə kişi atletlər qalib və mükafatçıların adlarına aydınlıq gətiriblər.

55 kq çəki dərəcəsində Səid Mahmudov toplamda 171 kq (76 kq+ 95 kq) nəticə ilə çempion adını qazanıb. Feyzulla Rüstəmov toplamda 168 kq (74 kq + 94 kq) nəticə ilə ikinci olub. Rəhman Mərdəliyev toplamda 164 kq (73 kq+ 91 kq) nəticə ilə ən güclü üçlüyü tamamlayıb.

61 kq çəki dərəcəsində Amin Osmanov toplamda 231 kq (105 kq+126 kq) nəticə ilə çempion adını qazanıb. Murad Həsənli toplamda 220 kq (100 kq+120 kq) nəticə ilə ikinci olub. Canpolad Rəfiyev toplamda 211 kq (90 kq+121 kq) nəticə ilə ən güclü üçlüyü tamamlayıb.

67 kq çəki dərəcəsində Tehran Məmmədov toplamda 277 kq (125 kq+152 kq) nəticə ilə çempion adını qazanıb. Elşan Məmmədov toplamda 268 kq (125 kq + 143 kq) nəticə ilə ikinci olub. Fuad Həsənov toplamda 256 kq (121 kq+ 135 kq) nəticə ilə ən güclü üçlüyü tamamlayıb.

73 kq çəki dərəcəsində İsa Rüstəmov toplamda 328 kq (146 kq+182 kq) nəticə ilə çempion adını qazanıb. Paşa İbrahimli toplamda 305 kq (145 kq + 160 kq) nəticə ilə ikinci olub. Qasım İsmayılov toplamda 277 kq ( 121 kq+ 156 kq) nəticə ilə ən güclü üçlüyü tamamlayıb.

81 kq çəki dərəcəsində Elxan Əliquluzadə toplamda 325 kq (155 kq+ 170 kq) nəticə ilə çempion adını qazanıb. Ravin Alməmmədov toplamda 305 kq (145 kq + 160 kq) nəticə ilə ikinci olub. Dilavər Süleymanov toplamda 235 kq ( 105 kq+ 130 kq) nəticə ilə ən güclü üçlüyü tamamlayıb.

89 kq çəki dərəcəsində Nurlan Rəsulov toplamda 330 kq (145 kq+ 185 kq) nəticə ilə çempion adını qazanıb. Orxan Zöhrabzadə toplamda 296 kq (131 kq + 165 kq) nəticə ilə ikinci olub. Ruslan Həsənov toplamda 272 kq ( 127 kq+ 145 kq) nəticə ilə ən güclü üçlüyü tamamlayıb.

96 kq çəki dərəcəsində Nurlan Məmmədzadə toplamda 290 kq (130 kq+ 160 kq) nəticə ilə çempion adını qazanıb. Aslan Əmiraslanov toplamda 275 kq (120 kq + 155 kq) nəticə ilə ikinci olub.

102 kq çəki dərəcəsində Məmməd Əhmədzadə toplamda 282 kq (125 kq+ 157 kq) nəticə ilə çempion adını qazanıb. Mürsəl Quliyev toplamda 240 kq (105 kq + 135 kq) nəticə ilə ikinci olub.

+109 kq çəki dərəcəsində Azər Məmmədli toplamda 330 kq (150 kq+ 180 kq) nəticə ilə çempion adını qazanıb.

Ölkə miqyaslı yarışın ən yaxşı kişi idmançısı adını İsa Rüstəmov qazanıb. Ən yaxşı qadın idmançı adına isə Rahilə Hüseynova layiq görülüb.

Azərbaycan çempionatının yekunlarına əsasən ən yaxşı kişi və qadın komandalarının da adlarına aydınlıq gəlib:

Kişi komandaları

1-ci yer: Qazax

2-ci yer: Lənkəran

3-cü yer: Abşeron

 

Qadın komandaları:

1-ci yer: Qazax

2-ci yer: Lənkəran

3-cü yer: İsmayıllı

Qeyd edək ki, Azərbaycan çempionatında ümumilikdə 100-ə yaxın idmançı mübarizə aparıb.

Paylaş
Şərh yaz