25 yanvar tarixində ağırlıqqaldırma üzrə Azərbaycan çempionatına start verilib. Qadın atletlər daha 6 çəki dərəcəsində mükafatçıların adlarına aydınlıq gətiriblər.
64 kq çəki dərəcəsində çıxış etmiş Lalə Əzizli birdən qaldırma hərəkətində 59 kq nəticə göstərib. Təkanla qaldırma hərəkətində 68 kq ağırlığın öhdəsindən gələn Lalə toplamda 127 kq nəticə ilə çempion olub. Bu çəki dərəcəsində ikinci yeri Nigar Əliyeva tutub. O, toplamda ( 55 kq+65 kq) 120 kq nəticə göstərib. Bu çəki dərəcəsində bürünc medalı Xeyransa İbrahimli qazanıb. O, toplamda (40 kq+ 45kq ) 85 kq nəticəyə imza atıb.
Qadınların yarışında 71 kq çəki dərəcəsində Aytən Əliyeva birdən qaldırma hərəkətində 68 kq nəticə göstərib. Təkanla qaldırma hərəkətində 85 kq ağırlığın öhdəsindən gələn atlet toplamda 153 kq nəticə ilə birinci olub. Bu çəki dərəcəsində ikinci yeri Xanımana Əhmədova tutub. O, toplamda ( 50 kq+ 68 kq) 118 kq nəticə göstərib. Ən güclü üçlüyü Aydan Vahidova (51 kq + 66 kq) 117 kq nəticə ilə tamamlayıb.
Qadınların yarışında 76 kq çəki dərəcəsində Arzu Qədimova birdən qaldırma hərəkətində 60 kq nəticə göstərib. Təkanla qaldırma hərəkətində 70 kq ağırlığın öhdəsindən gələn atlet toplamda 130 kq nəticə ilə birinci olub.
Qadınların yarışında 81 kq çəki dərəcəsində Rahilə Hüseynzadə birdən qaldırma hərəkətində 75 kq nəticə göstərib. Təkanla qaldırma hərəkətində 90 kq ağırlığın öhdəsindən gələn atlet toplamda 175 kq nəticə ilə birinci olub.
Qadınların yarışında 87 kq. çəki dərəcəsində Ələmgül Yusifzadə birdən qaldırma hərəkətində 35 kq nəticə göstərib. Təkanla qaldırma hərəkətində 50 kq ağırlığın öhdəsindən gələn atlet toplamda 85 kq nəticə ilə birinci olub.
Qadınların yarışında +87 kq. çəki dərəcəsində Mələk Hüseynli birdən qaldırma hərəkətində 52 kq nəticə göstərib. Təkanla qaldırma hərəkətində 65 kq ağırlığın öhdəsindən gələn atlet toplamda 117 kq nəticə ilə birinci olub. Bu çəki dərəcəsində ikinci yeri Zəhra Qəmbərzadə tutub. O toplamda 78 kq (33 kq+ 45 kq) nəticə göstərib.