Azərbaycan çempionatında qızların mübarizəsi başa çatıb

 

 

14-15 sentyabr tarixlərində Şüvəlan qəsəbəsində yerləşən Ağırlıqqaldırma Mərkəzinin yarış zalında keçirilən gənclər arasında Azərbaycan birinciliyi və böyüklər arasında ağırlıqqaldırma üzrə Azərbaycan çempionatına start verilib. Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Azərbaycan Ağırlıqqaldırma Federasiyasının birgə təşkil etdiyi yarışda ölkənin bütün bölgələrindən 100-ə yaxın atlet qüvvəsini sınayacaq.

 

Körpücüyə ilk olaraq qadınlar çıxıblar. Onlar həm gənclərdə, həm də böyüklərdə qalibləri müəyyən ediblər. Samirə Rzayeva (45 kq), Aydan Rzayeva (49 kq), Selcan Qarayeva (55 kq), Lalə Əzizli (59 kq), Fazilə İmanova (64 kq), Nigar Əliyeva (71 kq), Arzu Qədimova (76 kq), Rahilə Hüseynzadə (81 kq), Mələk Hüseynli (87 kq)

 

Samirə Rzayeva (45 kq), Aydan Rzayeva (49 kq), Selcan Qarayeva (55 kq), Fazilə İmanova (64 kq), Nigar Əliyeva (71 kq), Arzu Qədimova (76 kq), Rahilə Hüseynzadə (81 kq) və Mələk Hüseynli (87 kq) həm gənclər, həm də böyüklər arasında, Lalə Əzizli (59 kq) yalnız böyüklərdə, Milena Hüseynli (59 kq) yalnız gənclərdə Azərbaycanın ən yaxşısı adlarını qazanıblar.

 

Çempionatın təşkilində məqsəd ağırlıqqaldırma idman növünün şəhər, rayon, qəsəbə və kəndlərdə təbliği və inkişafına dəstək verilməsi, idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi, texniki cəhətdən hazırlıqlı və dərəcə normalarını yerinə yetirən idmançıların seçilməsi, yığma komandaların tərkibinin müəyyənləşdirilməsi, qarşıdakı beynəlxalq yarışlara hazırlanmasıdır.

 

Qadınlar. 45 kq

N Adı İl Şəhər / Rayon Təşkilatı Çəkisi Birdən Təkanla Toplam
1. Samirə Rzayeva 2006 Qazax UGİM 41.0 33 45 78
2. Elay Əliyeva 2009 Qazax UGİM 45.0 27 35 62

 

Qadınlar. 49 kq

N Adı İl Şəhər / Rayon Təşkilatı Çəkisi Birdən Təkanla Toplam
1. Aydan Rzayeva 2008 Qazax UGİM 47.49 46 56 102
2. Türkanə Qənbərzadə 2007 Lənkəran UGİM 48.9 45 50 95
3. Jalə Əbilova 2009 Qazax UGİM 47.1 37 50 87

 

Qadınlar. 55 kq

N Adı İl Şəhər / Rayon Təşkilatı Çəkisi Birdən Təkanla Toplam
1. Selcan Qarayeva 2005 İsmayıllı Girdiman AAK 54.44 63 87 150
2. Ravilya Abbasova 2007 Qazax UGİM 53.42 39 47 86

 

Qadınlar. 59 kq

N Adı İl Şəhər / Rayon Təşkilatı Çəkisi Birdən Təkanla Toplam
1. Lalə Əzizli 1993 Bakı Herkules İK 57.0 53 71 124
2. Milena Hüseynli 2009 Sumqayıt İO-1-Təhsil 56.8 48 58 106
3. Türkanə Eminova 2005 Şamaxı Şamaxı 57.0 46 56 102
4. Əsmət Ələsgərova 2008 Balakən BAF İK 58.0 30 40 70

 

Qadınlar. 64 kq

N Adı İl Şəhər / Rayon Təşkilatı Çəkisi Birdən Təkanla Toplam
1. Fazilə İmanova 2004 Neftçala Herkules İK 62.5 70 75 145
2. Dinara İbrahimli 2001 Gəncə Bəhrə İK 63.6 0

 

Qadınlar. 71 kq

N Adı İl Şəhər / Rayon Təşkilatı Çəkisi Birdən Təkanla Toplam
1. Çinara İbrahimli 2003 Gəncə Bəhrə İK 70.6 0
2. Nigar Əliyeva 2006 Bakı İOEUGİŞM-1-Təhsil 69.6 40 50 90

 

Qadınlar. 76 kq

N Adı İl Şəhər / Rayon Təşkilatı Çəkisi Birdən Təkanla Toplam
1. Arzu Qədimova 2009 Sumqayıt İOEUGİŞM-1-Təhsil 76.0 62 78 140

 

Qadınlar. 81 kq

N Adı İl Şəhər / Rayon Təşkilatı Çəkisi Birdən Təkanla Toplam
1. Rahilə Hüseynzadə 2005 Lənkəran Neftçi İK 80.0 90 110 200

 

Qadınlar. 87 kq

N Adı İl Şəhər / Rayon Təşkilatı Çəkisi Birdən Təkanla Toplam
1. Mələk Hüseynli 2008 İsmayıllı Girdiman AAK 86.5 53 63 116
2. Ələmgül Yusifzadə 2003 Şəki Dəmir Yumruq İK 86.8 37 55 92

 

Paylaş
Şərh yaz