25-26 yanvar tarixlərində keçirilən ağırlıqqaldırma üzrə Azərbaycan çempionatının rəsmi açılış mərasimi baş tutub. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra ölkəmizin suverenliyi uğrunda canından keçmiş qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Açılış mərasimində çıxış edən AAF-ın vitse-prezidenti Firdovsi Umudov dövlət tərəfindən idmançılar üçün hər bir şəraitin yaradıldığını qeyd edərək, yarışda iştirak edən atletlərə uğurlar arzulayıb. Tədbir zamanı yaxın günlərdə 80 yaşını qeyd etmiş Əməkdar məşqçi Vaqif Hüseynova federasiya tərəfindən xatirə hədiyyələri təqdim edilib. Yubilyara can sağlığı, uzun ömür arzulanıb. Vaqif Hüseynov öz növbəsində veteranlara göstərilən diqqətə görə federasiya rəhbərliyinə minnətdarlığını ifadə edib.
Vaqif Hüseynov Gənclər və İdman İdarəsi tərəfindən də mükafatlandırılıb. Hədiyyəni yubilyara beynəlxlaq dərəcəli hakim Azad Mustafayev təqdim edib.