Azərbaycan Kuboku başa çatdı

29-30 noyabr tarixlərində Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasının yarış zalında keçirilən ağır atletika üzrə Azərbaycan Kuboku başa çatıb. Körpücük üzərinə son olaraq 89, 96, 102, 109 və +109 kq çəki dərəcələrində mübarizə aparan kişilər çıxıb.

Bu çəkilərdə müvafiq olaraq Ceyhun Tağızadə, Nailxan Nəbiyev, Əliş Nəzərov, İsmayıl Qurbanov və Həsənbəy Həsənzadə qızıl medala sahib çıxaraq Azərbaycan Kubokunun qalibi adını qazanıblar.

Təbrik edirik!

Yarışda şəhər və rayonların, idman cəmiyyətlərinin, idman klublarının, idman mərkəzlərinin, UGİM-lərinin hazırkı əsasnamə üzrə təyin olunmuş dərəcə normalarını yerinə yetirən və tibbi müayinədən keçən yüzə yaxın atlet öz qüvvəsini sınayıb. Azərbaycan Kubokunun təşkilində məqsəd atletlərin hazırlıq durumlarının yoxlanılması, ehtiyat qüvvənin nəzərdən keçirilməsi, güclü idmançıların seçilməsidir.

89 kq

N Adı İl Şəhər Klub Çəki Birdən Təkanla Toplam
1. Tağızadə Ceyhun 1995 Lənkəran Zirvə 88.6 141 167 308
2. Cəfərov Eltun 1994 Qazax Zirvə 81.3 115 136 251
3. Əskərov Pərvin 1994 Gəncə Təhsil 84.2 112 135 247
4. Həsənli İsa 2002 Lənkəran UGİM 82.6 100 126 226
5. Quliyev Mürsəl 1994 Samux Zirvə 85.5 95 126 221
6. Quliyev Əli 2003 Goranboy UGİM 83.0 100
7. Babayev Tarmenxan 2002 Şərur Təhsil 88.8 128
8. Hüseynzadə Fərid 1988 Sumqayıt Zirvə 88.5 95

 

96 kq

N Adı İl Şəhər Klub Çəki Birdən Təkanla Toplam
1. Nəbiyev Nailxan 1994 Bakı Spartak 95.7 145 185 330
2. İsmayılov Kamran 1993 Sumqayıt Zirvə 95.4 140 170 310

 

102 kq

N Adı İl Şəhər Klub Çəki Birdən Təkanla Toplam
1. Nəzərov Əliş 1999 Bakı Təhsil 97.5 142 177 319
2. Bayramlı Ümudvar 2001 Bakı Təhsil 100.9 127 150 277
3. Şükürlü Əli 2003 Sumqayıt Zirvə 96.1 115 140 255

 

109 kq

N Adı İl Şəhər Klub Çəki Birdən Təkanla Toplam
1. Qurbanov İsmayıl 2000 Qobustan Zirvə 109.0 129 164 293
2. Səfərov Vasif 1991 Qobustan Zirvə 108.9 137 150 287

 

+109 kq

N Adı İl Şəhər Klub Çəki Birdən Təkanla Toplam
1. Həsənzadə Həsənbəy 2001 Gəncə Zirvə 112.6 135 160 295
Paylaş
Şərh yaz