Azərbaycan Kubokunda qadınların mübarizəsinə start verildi

21-23 dekabr tarixlərində Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasının yarış zalında keçirilən qadınlar, kişilər və veteranlar arasında ağır atletika üzrə Azərbaycan Kubokuna start verilib. Yarışda şəhər və rayonların, idman cəmiyyətlərinin, idman klublarının, idman mərkəzlərinin, UGİM-lərinin hazırkı əsasnamə üzrə təyin olunmuş dərəcə normalarını yerinə yetirən və tibbi müayinədən keçən yüzdən çox atlet öz qüvvəsini sınayacaq.
İlk olaraq körpücük üzərinə çəkisi 45, 49 və 55 kq olan qadınlar çıxıblar. 45 kq çəki dərəcəsində toplam 75 kq (33+42) nəticə ilə Samirə Rzayeva, 49 kq çəki dərəcəsində toplam 122 kq (57+65) nəticə ilə Nazilə İsmayılova, 55 kq çəki dərəcəsində isə toplam 132 kq (57+75) nəticə ilə Selcan Qarayeva qalib adını qazanıb.
Azərbaycan Kubokunun təşkilində məqsəd ölkənin ağır atletika üzrə ən yaxşı idman təşkilatları, ən yaxşı qadın və kişi idmançılarını, ümidvericı ağır atletlərdən ibarət əsas, dəyişkən və ehtiyat qüvvələri müəyyən etmək, yeniyetmə və gənc idmançılara örnək olmaq məqsədilə veteran idmançıların iştirakını təmin etmək, 2023-cü ildə keçiriləcək beynəlxalq səviyyəli yarışlara daha güclü veteran idmançıları seçməkdir.

 

Qadınlar. 45 kq.

N Adı İl Şəhər / Rayon Klub Çəki Birdən Təkanla Toplam
1. Samirə Rzayeva 2006 Qazax Göyəzən 41.4 33 42 75
2. Həcər Ələkbərova 2007 Qazax Göyəzən 40.7 21 26 47

 

49 kq

 

N Adı İl Şəhər / Rayon Klub Çəki Birdən Təkanla Toplam
1. Nazilə İsmayılova 1998 Sumqayıt MOİK 46.6 57 65 122
2. Türkanə Qənbərzadə 2007 Lənkəran UGİM 47.5 40 53 93
3. Tahirə Mustafazadə 2005 Qazax Göyəzən 48.2 30 43 73

 

 

55 kq

 

N Adı İl Şəhər / Rayon Klub Çəki Birdən Təkanla Toplam
1. Selcan Qarayeva 2005 İsmayıllı Girdiman 50.8 57 75 132
2. Dinara İbrahimli 2001 Gəncə Təhsil-UGİŞM-2 54.7 53 71 124
3. Gülcahan Əliyeva 2004 Şərur Naxçıvan 52.7 53 70 123
4. Lalə Əzizli 1993 Bakı Herkules 55.0 46 55 101
5. Dilarə Şirinova 2006 Sumqayıt Zirvə 52.0 27 37 64
6. Aygül İmanova 2005 Bakı Herkules 52.0 23 25 48

 

 

Paylaş
Şərh yaz