12-22 may Bakıda keçiriləcək IV İslam Oyunlarında ağır atletika yarışlarına start verilib. Körpücük üzərində 21 ölkədən ümumilikdə 130 atlet çıxacaq. Onlardan 51-i qadın, 79-u isə kişidir. Azərbaycan yığma komandası yarışa tam heyət – 16 nəfərlə (8 qadın və 8 kişi) qatılacaq.
Bu gün çəkisi 63 kq olan qadınlar körpücük üzərinə çıxıblar. Burada Firuzə İbrahimova və Elnarə Abbasova medal mübarizəsi aparıblar.
Firuzə birdən qaldırma hərəkətində 80 kq, təkanla qaldırmada isə 100 kq-ı ram edib. Toplam 180 kq (80+100) nəticə göstərən atletimiz bu çəkidə 5-ci yeri tutub.
Elnarə birdən qaldırma hərəkətində 82 kq, təkanla qaldırma hərəkətində isə 102 kq-ı ram edib. Toplam 184 kq (82+102) nəticə göstərən atletimiz bu çəkidə bürünc medal qazanıb.
Təbrik edirik!
The requested album cannot be loaded at this time. Error: OAuthException Code: 10, (#10) Application does not have permission for this action