12-22 may Bakıda keçiriləcək IV İslam Oyunlarında ağır atletika yarışlarına start verilib. Körpücük üzərində 21 ölkədən ümumilikdə 130 atlet çıxacaq. Onlardan 51-i qadın, 79-u isə kişidir. Azərbaycan yığma komandası yarışa tam heyət – 16 nəfərlə (8 qadın və 8 kişi) qatılacaq.
Bu gün – ilk yarış gününə çəkisi 56 kq olan kişilər start veriblər. Bu çəkidə Azərbaycanı Elmar Alıyev təmsil edir.
Atletimiz birdən qaldırma hərəkətini 103 kq-ı ram etməklə başa vurub.
Alıyev zədəsi üzündən təkanla qaldırma hərəkətində yalnız 130 kq-ı qaldırmaqla kifayətlənib.
Toplam 233 kq (103+130) nəticə göstərən Elmar bu çəki dərəcəsində 6-cı yeri tutdu.
Bütün nəticələrlə aşağıdakı cədvəldə tanış ola bilərsiniz:
56 kq
The requested album cannot be loaded at this time. Error: OAuthException Code: 10, (#10) Application does not have permission for this action