Bakı 2017: İranlı atlet bütün rəqiblərini üstələdi

12-22 may Bakıda keçiriləcək IV İslam Oyunlarında ağır atletika yarışlarına start verilib. Körpücük üzərində 21 ölkədən ümumilikdə 130 atlet çıxacaq. Onlardan 51-i qadın, 79-u isə kişidir. Azərbaycan yığma komandası yarışa tam heyət – 16 nəfərlə (8 qadın və 8 kişi) qatılacaq.

Körpücük üzərinə çəkisi 105 kq olan kişilər çıxıblar. Bu qrupda heç bir təmsilmiz olmayıb.

Bu çəkidə qızıl medala toplam 395 kq (175+220) nəticə ilə iranlı Barari Məhəmmədrza sahib çıxıb.

Gümüş medalı toplam 391 kq (176+215) nəticə ilə iraqlı Salvan Alayfuri, bürüncü isə toplam 380 kq (175+205) nəticə ilə özbəkistanlı İvan Yefremov qazanıb.

Paylaş
Şərh yaz